SON DƏQİQƏ
» » Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi - FOTO

Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi - FOTO

Tarix:

6-06-2017, 23:20

/ 4 455 dəfə oxundu.
Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi - FOTO

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan sərhədində yerləşən bölgələrə səfər edib.
İşğalçı ölkənin başçısı işgüzar səfərlə Tavuş vilayətinin Noemberyan, Berd və İcevan rayonlarında olub. Qeyd edək ki, Ermənistan ordusunun bölmələri bu bölgədən mütəmadi olaraq Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqlərini atəşə tuturlar. Hətta düşmən israrla gərginliyi Qarabağ cəbhəsindən iki dövlət sərhədinə daşımağa və son nəticədə "Ermənistana müdaxilə” bəhanəsi ilə üçüncü qüvvəni proseslərə qoşmağa cəhd göstərir. Ancaq bu günə qədər düşmənin bu avantürası nəticə verməyib. Azərbaycan ordusu isə işğalçı ordunun həmlə və atəşlərinə tutarlı cavab verir.

Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi - FOTO

Son zamanlar Tavuş vilayətinin cəbhəyanı bölgələrində erməni zabitləri özləri basdırdıqları minaya düşərək ölümcül yaralanmışdılar. Eyni zamanda Azərbaycan ordusunun cavab atəşi buradakı erməniləri ciddi təşvişə salıb. Bu mənada S.Sarkiayanın bölgədə peyda olması səbəbsiz deyil.
Elə Ermənistan prezidentinin səfərini Koxbski hərbi hissəsindən başlaması da çox şeyi deyir. Buradakı hərbçilərlə görüşdə Tavuş administrasiyasının və Noemberyan rayonunun rəhbərliyi də iştirak edib. Ermənistan prezidentini müdafiə naziri Viqen Sarkisyan müşayiət edib. "Bizim yaşayış məntəqələrində çoxlu problemlər var və aydındır ki, onların çoxu eynidir. Bu problemlər oxşar həll yolu tələb edir” deyə, Sarkisyan bildirib.
Bəzi müşahidəçilər hesab edirlər ki, S.Sarkisyan baş nazir olmaq üçün növbəti həmləyə və ölkəboyu fəaliyyətə keçib. Ancaq onun Azərbaycanla sərhədə gəlməsi növbəti təxribatların anonsu da sayıla bilər.(musavat.com)

GUNAZ.az


 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ