SON DƏQİQƏ
» » Dünyanı ağladan suriyalı uşağın indiki halı - FOTO

Dünyanı ağladan suriyalı uşağın indiki halı - FOTO

Tarix:

6-06-2017, 12:58

/ 4 669 dəfə oxundu.
Dünyanı ağladan suriyalı uşağın indiki halı - FOTO

Hələbə bir hava hücumundan sonra dağıntılar altından çıxarılan 5 yaşlı Ümranın fotoları bütün dünyanı ağlatmışdı.
Bu fotolar sosial şəbəkələrdə ən çox paylaşılan fotolar olmuşdu.
Başı qan, gözlərində qorxu olan Ümran Suriyadakı dağıntıların simvoluna çevrilmişdi.
Dakneş Suriya müxaliflərinin yayımladığı fotolarda dağıntılar altından çıxarıldıqdan sonra toz-torpaq içində, üzü qanlı olan Ümran təcili tibbi yardım avtomobilinin arxa oturacağında səssiz oturmuşdu. Gözlərində dəhşət, qorxu ifadəsi olan Ümran əllərini qan içindəki üzünə tərəf aparır və əli də qana bulanır. Əlinə bulaşan qanı isə oturacağa silirdi.
Suriyalı Ümranın son fotoları hər kəsin sevincinə səbəb olub. Ailəsi ilə birlikdə olan Ümran özünü kifayət qədər yaxşı hiss edir və bir Suriya kanalında qonaq olub.(ölkə.az)

GUNAZ.az

Dünyanı ağladan suriyalı uşağın indiki halı - FOTO

 

Dünyanı ağladan suriyalı uşağın indiki halı - FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ