İtaliyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, daha bir nəfər itkin düşmüş hesab edilir.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Kastel-Kastanya yaşayış məntəqəsində xilasedicilər 83 yaşlı kişinin meyitini dağıntılar altından çıxarıblar. Daha bir nəfərin itkin düşdüyü bildirilir.
Bundan əvvəl Kastilyone şəhərində xilasedicilər ana və övladını dağıntılar altından çıxarıblar. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Ötən gün İtaliyanın mərkəzi bölgəsində bir-birinin ardınca 5,6 bal gücünədək 4 zəlzələ baş verib. Zəlzələ paytaxt Romada da hiss olunub.