SON DƏQİQƏ
» » Almaniya-Türkiyə bu “səhvini” düzəltməsə...

Almaniya-Türkiyə bu “səhvini” düzəltməsə...

Tarix:

15-05-2017, 16:59

/ 2 897 dəfə oxundu.
Almaniya-Türkiyə bu “səhvini” düzəltməsə...

Almaniya əsgərlərini Türkiyədən çıxarmaq lazımdır.
Bunu jurnalistlərə açıqlamasında Almaniya parlamentinin Müdafiə Komitəsinin sədri Volfanq Xelmix söyləyib.
"Biz şantaj edilməyimizə izn verməyəcəyik. Ona görə də qoşunların buradan çıxarılmasının müzakirə edilməsi doğru addımdır”, - deyə o bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer isə Ankaranı öz qərarına yenidən baxmağa çağırıb. O, Ankaranın öz "səhvini” düzəltməyəcəyi təqdirdə Almaniyanın öz əsgərlərini başqa ölkələrdə yerləşdirəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə alman deputatlara növbəti dəfə İncirlik bazasına gəlməyinə izn verməyib.
Hazırda Türkiyədə 250 alman əsgəri xidmət edir.
скачать dle 12.1

Şərhlər