SON DƏQİQƏ

İranda terror aktının qarşısı alındı

Tarix:

14-05-2017, 10:11

/ 2 855 dəfə oxundu.
İranda terror aktının qarşısı alındı

İran xüsusi xidmət orqanları ölkə ərazisində hazırlanan terror aktının qarşısını alıblar, xüsusi əməliyyat zamanı külli miqdarda partlayıcı maddələr götürülüb.
Bu barədə İranın Kəşfiyyat Nazirliyinin saytında bildirilir.
"Xüsusi əməliyyat zamanı İnqilaba qarşı fəaliyyət göstərən və ölkə ərazisində partlayış hazırlayan terror qruplaşmasının planları ifşa edilərək pozulub”, - deyə məlumatda bildirilir. Əməliyyat zamanı xeyli miqdarda partlayıcı maddələr götürülüb.
Bəyanatda əməliyyatın tarixi və keçirildiyi məkan barədə məlumat verilmir. Nazirlik həmçinin qruplaşmanın adını açıqlamayıb. Məlumatda qruplaşmanın xarici qüvvələrin xeyrinə casusluq etdiyi vurğulanır.
Terror aktının qarşısının alınması barədə məlumat 19 may tarixində keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış yayılıb. (apa)

GUNAZ.az  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ