SON DƏQİQƏ
» » Yəmən ordusu öz hava limanını vurdu – SƏBƏB

Yəmən ordusu öz hava limanını vurdu – SƏBƏB

Tarix:

Dünən, 16:01

/ 2 831 dəfə oxundu.
Yəmən ordusu öz hava limanını vurdu – SƏBƏB

Yəmənin Silahlı Qüvvələri İran təyyarəsinin enişinin qarşısını almaq məqsədilə paytaxt Sənadakı hava limanının uçuş-enmə zolağına zərbə endirib.
GunAz.az xəbər verir ki, bu barədə Yəmənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranın dəstəklədiyi husilər Yəmənin milli aviaşirkətinə məxsus təyyarələrin Səna hava limanına enişini qadağan edib və İran təyyarəsinin ölkə ərazisinə daxil olmasına şərait yaratmağa çalışıblar. Nazirlik bunun qarşısını almaq məqsədilə hava limanının uçuş-enmə zolağına zərbə endirildiyini açıqlayıb.
Məlumata görə, zərbədən əvvəl Müdafiə Nazirliyi hava limanının təcili şəkildə boşaldılması barədə xəbərdarlıq edib və əhaliyə hava limanı ərazisinə yaxınlaşmamaq çağırışı edib.
Nazirlik həmçinin bəyan edib ki, ölkənin hava məkanını pozmağa cəhd göstərən istənilən təyyarənin qarşısını almağa hazırdır. Qeyd olunub ki, görülən tədbirlər Yəmənin milli suverenliyinin qorunmasına xidmət edir.
скачать dle 12.1

Şərhlər