
Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
GunAz.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Kırıkkale valisi Hüseyn Engin bildirib ki, ağır yol-nəqliyyat hadisəsinə səhər saatlarında yolun sürüşkənliyi səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.































