SON DƏQİQƏ
» » Rusiya Ermənistandakı səfirini geri çağırdı

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Tarix:

30-05-2026, 11:46

/ 3 304 dəfə oxundu.
Rusiya Ermənistandakı səfirini geri çağırdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
GunAz.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyanın Ermənistan səfiri S.P. Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Buna səbəb Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığa zərər vuran addımlarıdır”, - nazirliyin məlumatında bildirilib.
скачать dle 12.1

Şərhlər