ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinə aid qırıcılar Mosul şəhərin qərbində yerləşən bir məhəllədə İŞİD terror təşkilatının hədəflərinin əvəzinə yaşayış evlərini bombalayıb.
Bombardman nəticəsində 200-dən çox mülki vətəndaş həyatını itirib.
Ölənlərin çoxu qadınlar və uşaqlardır. Bölgədə hava əməliyyatına fasilə verilib.