SON DƏQİQƏ

Çavuşoğlu Almaniyada almanlara dərs verdi

Tarix:

8-03-2017, 01:48

/ 2 675 dəfə oxundu.
Çavuşoğlu Almaniyada almanlara dərs verdi

Sistemli maneələrlə qarşı-qarşıyayıq. Lakin bu maneələr bağlarımızı qopara bilməz.

Gunaz.az-ın məlumatına görə, bu sözləri Mövlud Çavuşoğlu Almaniyanın Hamburq şəhərində çıxışı zamanı deyib.

Nazir çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğanın və MHP lideri Dövlət Baxçalının salamını gətirdiyini bildirib:

"Açıq havada vətəndaşlarımızı üşütmək, ətrafdakıları narahat etmək istəməzdik. Əlbəttə bunun məsuliyyətini toplantılarımızı ləğv edənlər daşıyır. 20 ildir ki, fəaliyyət göstərən salonu indi bağladılar. İndiyə kimi haradaydınız? Buna sistematik manenin yaradılması deyilir. Almaniya hər zaman dost olaraq görmək istədiyimiz ölkədir. Lakin vətəndaşlarımıza edilən təzyiqlər dostluğumuza yaraşmır. Bizə demokratiya dərsi verməyə cəhd etməyin. Xahiş edirik ki, bu yanlış siyasətinizdən əl çəkəsiniz. Bizim prinsipimizdə dost ölkənin daxili işlərinə qarışmaq məsələsi yoxdur”.

скачать dle 12.1

Şərhlər