SON DƏQİQƏ

İlon Mask: "Bunlar xüsusi olacaq"

Tarix:

24-06-2024, 16:12

/ 4 572 dəfə oxundu.
İlon Mask: "Bunlar xüsusi olacaq"

GunAz.az xəbər verir ki, "Tesla" CEO-su şirkətin illik toplantısı zamanı 3 yeni modeldən bəhs etdi. Bununla belə o, yeni avtomobillər ilə bağlı heç bir detal təqdim etməyib.
İlon Mask cümə axşamı şirkətin illik toplanıtısında 3 yeni "Tesla" modelindən bəhs edib.
Durğun avtomobil sıralaması və durğun satışlarla üzləşən "Tesla" üçün yeni bir uğura imza atmaq vacib bir amilə çevrilib. Mask yeni nəqliyyat vasitələrinin yolda olduğunu qeyd edərək ağ örtüklər altında 3 avtomobilin təsvirləri olan bir slayd göstərdi. Lakin o, bununla bağlı heç bir təfərrüat verməyib.
Aprel ayında elektrik avtomobil istehsalçısı yeni modellərin, o cümlədən daha sərfəli avtomobillərin təqdimat vaxtını sürətləndirdiyini açıqlamışdı. "Tesla" həmin vaxt verdiyi açıqlamada bu modellərin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində təhvil veriləcəyini qeyd etmişdi.

Səfurə Saf
скачать dle 12.1

Şərhlər