SON DƏQİQƏ
» » İran XİN: “Səudiyyə yanlış siyasət yürüdür”

İran XİN: “Səudiyyə yanlış siyasət yürüdür”

Tarix:

14-02-2017, 16:06

/ 5 692 dəfə oxundu.
İran XİN: “Səudiyyə yanlış siyasət yürüdür”

"Son vaxtlar Səudiyyə Ərəbistanının İrana qarşı tutduğu mövqe göstərir ki, bu ölkənin İran İslam Respublikası və regionun real durumu haqda kifayət qədər məlumatı yoxdur”.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözüsü Bəhram Qasimi "Əl-Aləm” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Səudiyyənin yürütdüyü bu siyasət tamamilə yanlışdır: 
"Bu ölkə məlumatsızlıq ucbatından İrana qarşı belə bir mövqe sərgiləyir. Birləşmiş Ərəb Əmirliklərindən də çox şey gözləmək olmaz. Çünki bu ölkə Səudiyyə Ərəbistanının müttəfiqi sayılır.
Zaman sürətlə irəliləyir. Regionda da olaylar çox sürətlə baş verir. Gələcək haqqında proqnoz vermək çətindir. İranın regiondakı yeri və mövqeyi şəffafdır, hamıya bəllidir. Elə buna görə də hesab edirəm ki, Səudiyyə Ərəbistanı bölgənin, eləcə də İranın regiondakı çəkisini və mövcud reallıqları nəzərə alaraq, siyasətini tənzimləməlidir”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ