SON DƏQİQƏ
» » Daha bir ölkədə FETÖ ilə əlaqəli iki məktəb bağlandı

Daha bir ölkədə FETÖ ilə əlaqəli iki məktəb bağlandı

Tarix:

5-02-2017, 00:51

/ 7 015 dəfə oxundu.
Daha bir ölkədə FETÖ ilə əlaqəli iki məktəb bağlandı

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. Liseyin  FETÖ əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.
Nazirlikdən bildirilib ki, lisenziya bir çox məsələlərlə əlaqədar, eyni zamanda tədris prosesində  ciddi nöqsanlara görə ləğv olunub. Həmin məktəblərdə dərs prosesləri dayandırılacaq.
Tədrisin dayandırılması barədə qərar qəbul edildikdən sonra həmin  məktəblər bağlanılıb.
Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb
Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ