
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin avqustun 13-də Şiraz məscidində baş vermiş terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. Prezidentlər ticarət, nəqliyyat və logistika və enerji sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.