SON DƏQİQƏ

Ermənistanın ombudsmanı istefa verdi

Tarix:

23-01-2023, 15:03

/ 2 016 dəfə oxundu.
Ermənistanın ombudsmanı istefa verdi

Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa ərizəsini Milli Assambleyaya təqdim edib.

Bu barədə Ermənistanın İnsan Hüquqları Müdafiəçisinin ofisinin yaydığı bəyanatda qeyd edilib.

"Ermənistanın ombudsmanı Kristin Qriqoryan mövcud qanunvericiliyə uyğun olaraq yanvarın 23-də iş yeri dəyişikliyi ilə əlaqədar istefa ərizəsini Milli Məclisə təqdim edib. Qanunvericiliyə görə, bu halda Ombudsmanın səlahiyyətlərinə sonuncu istefa ərizəsi verildikdən sonra, lakin bir həftə ərzində yenidən istefa ərizəsi verildiyi təqdirdə xitam verilir”, - bəyanatda deyilir.

 

Qriqoryanın yeni işi barədə ictimaiyyətə lazımi məqamda məlumat verəcəyi, lakin hələlik bu mövzu ilə bağlı hər hansı şərhdən çəkindiyi bildirilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ