SON DƏQİQƏ

Yoxsulların üsyanı BAŞLAYA BİLƏR-İRANDA

Tarix:

9-01-2023, 23:40

/ 2 649 dəfə oxundu.
Yoxsulların  üsyanı BAŞLAYA BİLƏR-İRANDA

"Yaxında yoxsulların bizə qarşı üsyanı baş verə bilər”.

GunAz.az xəbər verir ki, bunu İran parmentinin keçmiş deputatı və hazırda Məsləhət Şurasının üzvü Əhməd Təvəkküli İran iqtidarına bağlı mediaya müsahibəsində deyib.

 

"İranda yoxsulların üsyanı yaxınlaşıb. Bir vaxtlar bir ana 2-3 kq ət bişirirdi, 7-8 nəfər yeyirdi. Amma indi sup da yeyə bilmir”, – deyə o bildirib.

Keçmiş millət vəkili hökumət rəsmilərinə "Siz xalqın əlindən sup yeməyini də almısınız. Elə etməyin ki, xalq ayağa qalxaraq qab-qacağı yığışdırsın!”, – deyə  xəbərdarlıqlı məktub yazdığını bildirir.

Son illərdə ailələrin ümumi xərclərinin təxminən üçdə ikisini təşkil edən iki əsas mal kimi ərzaq və mənzil qiymətlərində inflyasiya səviyyəsi 40%-dən yuxarıdır.

Bu yay məzənnənin liberallaşdırılması siyasətinin həyata keçirilməsindən sonra ərzaqda inflyasiya səviyyəsi 90%-ə yüksəlib./Azad İran


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ