SON DƏQİQƏ

İranda inflyasiya yüksəlib

Tarix:

23-10-2018, 20:57

/ 10 258 dəfə oxundu.
İranda inflyasiya yüksəlib

İranda inflyasiya 13,4%-ə yüksəlib.

GunAz.az-ın Trend-ə istinadən məlumatına görə, İranın Statistika Mərkəzi qeyd edib ki, bu ay qiymət indeksində ötən ayla müqayisədə 7,1% artım olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ay indeksdə dəyişikliyin 32,8% olduğunu bildirib. Yəni İranda ailələr 2017-ci ilin analoji dövrü ilə müqayisədə ötən ayda bir məhsulu satın almaq üçün orta hesabla 32,8% əlavə vəsait xərcləyiblər.

Ərzaq, içki və tütün məmulatları qrupunda qiymət indeksi ötən ayla müqayisədə 8,6%, qeyri-ərzaq məhsulları və xidmətlər qrupunda 6,4% artım olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ