SON DƏQİQƏ
» » Səfirliyimizə hücum edən şəxsin aqibəti necə oldu?

Səfirliyimizə hücum edən şəxsin aqibəti necə oldu?

Tarix:

20-10-2022, 10:11

/ 3 147 dəfə oxundu.
Səfirliyimizə hücum edən şəxsin aqibəti necə oldu?

Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxs Fransa paytaxtında həbs olunub.

Bu barədə fransız tarixçisi Maksim Qauin sosial şəbəkə hesabında qeyd edib.

Qauin bildirib ki, Daşnaksütyun Erməni İnqilabi Federasiyasının Fransadakı gənclər təşkilatının keçmiş sədri Loris Tufanyan bu gün səhər saatlarında həbs edilib:

"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki Mədəniyyət Mərkəzinə qarşı fırtınalı aksiya ilə bağlıdır”.

Xatırladaq ki, ötən ay erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinə basqın etməyə cəhd edib: radikallar binaya boya atıblar, polisin müdaxiləsindən sonra onlar hadisə yerindən uzaqlaşdırılıb.

скачать dle 12.1

Şərhlər