SON DƏQİQƏ
» » Ermənilər Azərbaycanın mədəniyyət mərkəzinə hücum edib

Ermənilər Azərbaycanın mədəniyyət mərkəzinə hücum edib

Tarix:

17-06-2022, 08:00

/ 1 224 dəfə oxundu.
Ermənilər Azərbaycanın mədəniyyət mərkəzinə hücum edib

Ermənilər Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər.

Ermənilər Parisdə "Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Təxribatçılar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Onlar Fransanın "Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş "Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

скачать dle 12.1

Şərhlər