SON DƏQİQƏ

Aİ-dən İranla bağlı çağırış

Tarix:

26-09-2022, 14:43

/ 1 800 dəfə oxundu.
Aİ-dən İranla bağlı çağırış

Avropa İttifaqı (Aİ) İranı 22 yaşlı Məhsa Əmininin "çadra qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan və ölümündən sonra başlayan etirazları yatırmaq üçün zorakılıq tətbiq etməməyə və ictimai internetə icazə verməyə çağırıb.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İran təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsinin qeyri-mütənasib olduğunu, ölən və yaralananların olduğunu bildirib.

"Avropa İttifaqı və onun üzv dövlətləri üçün İran hakimiyyətinin Məhsa Əmininin ölümünə etiraz edən qeyri-zorakı nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiqi əsassız və qəbuledilməzdir",- deyə Borrell qeyd edib.

 

C.Borrell söyləyib ki, İrandan etiraz aksiyalarına qarşı zorakılıqla basqıları dərhal dayandırmasını və internetə çıxışı, eləcə də məlumatın sərbəst axınını təmin etməsini gözləyir:

"Bundan əlavə, İrandan ölənlərin və həbs olunanların sayını dəqiqləşdirməsini, zorakılıq etməyən bütün etirazçıları azad etməyi və bütün məhbuslara lazımi hüquqi prosedurla təmin etməsini gözləyirik. Üstəlik, Məhsa Əmininin qətli lazımi qaydada araşdırılmalı və onun iştirakı sübuta yetirilən hər kəs məsuliyyətə cəlb edilməlidir" ifadəsini işlədib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ