SON DƏQİQƏ
» » Ağ Ev: Rusiya ilə münasibətlərdə ABŞ kiberhücumlara birinci başlamayıb

Ağ Ev: Rusiya ilə münasibətlərdə ABŞ kiberhücumlara birinci başlamayıb

Tarix:

13-01-2017, 06:41

/ 5 349 dəfə oxundu.
Ağ Ev: Rusiya ilə münasibətlərdə ABŞ kiberhücumlara birinci başlamayıb

Rusiya ilə münasibətlərdə kiberhücumları ABŞ birinci  həyata keçirməyib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının mətbuat katibi Coş Ernest bildirib.

"Ümumilikdə, 2016-cı il seçkiləri kontekstində Rusiyanın hərəkətlərindən danışarkən, ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün olmazdı”, - deyə Ernest qeyd edib.

Onun sözlərinə görə, ABŞ başqa ölkələrlə müqayisədə ən güclü kiber imkanlara malikdir.  

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden bundan əvvəl   Rusiyanın seçkilərə müdaxilə etməsinə cavab veriləcəyini bildiriblər. Onların sözlərinə görə, cavab tədbirlərinin bir hissəsi məxfi saxlanılacaq.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.    

Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.  

Gunaz.az

скачать dle 12.1

Şərhlər