SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

30-08-2022, 13:05

/ 1 888 dəfə oxundu.
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.


скачать dle 12.1

Şərhlər