SON DƏQİQƏ
» » Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb?

Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb?

Tarix:

10-08-2022, 19:39

/ 2 312 dəfə oxundu.
Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb?

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddialarınıb əsassız olduğunu deyib.

"Bu məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi "Mercedes Gelandevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarını təhqir edib.

Bu gün isə həmin yol polislərinin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ