SON DƏQİQƏ
» » Yarmarkaya getmək istəyənlərin nəzərinə- Bu tarixdə...

Yarmarkaya getmək istəyənlərin nəzərinə- Bu tarixdə...

Tarix:

23-06-2022, 10:33

/ 1 469 dəfə oxundu.
Yarmarkaya getmək istəyənlərin nəzərinə- Bu tarixdə...

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-26 iyun tarixlərində "Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Qeyd edək ki, yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ