SON DƏQİQƏ

Əmək kitabçası ləğv oluna bilər?

Tarix:

15-06-2022, 18:03

/ 1 110 dəfə oxundu.
Əmək kitabçası ləğv oluna bilər?

Əmək kitabçaları dövriyyədən çıxarılır.

GunAz.az Xəzər TV-yə istinadən xəbər verir ki, bundan sonra əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron formada həyata keçiriləcək.

Yeni qaydaların əhəmiyyətindən danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırki dövrdə əmək kitabçalarından istifadəni əlavə xərc hesab edir. Onun fikrincə, qanunvericilik aktlarında da müəyyən dəyişikliklər edilməlidir.

Sahib Məmmədov deyir ki, 2006-cı ilə qədər işləyənlərin əmək stajlarının hesablanmasında bəzi problemlər qalmaqdadır. Bu amil də prosesin ləngiməsinə səbəb olur.

Qeyd edək ki, bu prosesin həyata keçirillməsi məqsədilə 2014-cü ildə elektron informasiya sistemi yaradılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ