SON DƏQİQƏ
» » Ağstafada Vətən Qəhrəmanlarına əbədilik abidəsi ucaldıldı

Ağstafada Vətən Qəhrəmanlarına əbədilik abidəsi ucaldıldı

Tarix:

23-08-2021, 14:23

/ 3 198 dəfə oxundu.
Ağstafada Vətən Qəhrəmanlarına əbədilik abidəsi ucaldıldı

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.
Bu barədə GunAz.az -a  Ağstafa rayon icra  Hakimiyyətindən bildirilib. 
Açılışda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə Şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sənan QACAR

Ağstafada Vətən Qəhrəmanlarına əbədilik abidəsi ucaldıldı

 

Ağstafada Vətən Qəhrəmanlarına əbədilik abidəsi ucaldıldı

 

Ağstafada Vətən Qəhrəmanlarına əbədilik abidəsi ucaldıldı

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ