SON DƏQİQƏ
» » «Turan Araşdırmalar Mərkəzi»ndən Türkiyəyə dəstək- 100 fidan

«Turan Araşdırmalar Mərkəzi»ndən Türkiyəyə dəstək- 100 fidan

Tarix:

2-08-2021, 13:31

/ 2 752 dəfə oxundu.
«Turan Araşdırmalar Mərkəzi»ndən Türkiyəyə dəstək- 100 fidan

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizə və yanğının vurduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan vətəndaşları da səfərbər olub. Dövlət səviyyəsində Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə  briqadası ilə yanaşı, fərdi və ictimai birliklər səviyyəsində də qardaş ölkəyə dəstək nümayiş etdirilir, yardım edilir. 
"OLAYLAR" xəbər verir ki, belə bir dəstək "Turan Araşdırma Mərkəzi"ndən də gəlib. Belə ki, sözügedən Mərkəz OGM-VAK Vəqfi üzərindən qardaş ölkəyə 100 ədəd fidan bağışlayıb. "Turan Araşdırma Mərkəzi" İB-nin  sədr  müavini  Cavid  İsmayıl  bildirib  ki,  Mərkəzdən bu tipli dəstək və yardımlar davamlı olacaq. "Qardaş  Türkiyənin  sevinci  sevincimiz, kədəri  kədərimizdir"-deyə  sədr  müavini  bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ