SON DƏQİQƏ
» » Baş Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Baş Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Tarix:

29-06-2021, 12:42

/ 3 624 dəfə oxundu.
Baş Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

 

"Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edirki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!”


скачать dle 12.1

Şərhlər