
Azərbaycanda 2020-ci ildə dövlət sifarişi ilə təhsil sahəsinə 300 milyon manatdan çox vəsait ayrılıb.
GunAz.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinin icrasına dair sənədin müzakirəsi zamanı deyib.
O bildirib ki, ötən il 91 368 nəfər dövlət hesabına təhsil alıb.
S.Şərifov onu da söyləyib ki, 2020-ci ildə dövlət sifarişi ilə təhsil alan bir tələbəyə düşən təhsil xərci 2258 manat təşkil edib.