
AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyinatı olub.
GunAz.az xəbər verir ki, institutun yeni baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev kollektivə bu gün təqdim olunub.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov və institutun Elmi Şurasının üzvləri iştirak ediblər.