SON DƏQİQƏ

Ramiz Mehdiyevə daha bir vəzifə verildi

Tarix:

29-07-2020, 12:40

/ 3 836 dəfə oxundu.
Ramiz Mehdiyevə daha bir vəzifə verildi

AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Şuranın katibi təyin edilib.

Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb. (Publika.az)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ