SON DƏQİQƏ

Cavad Zərif Azərbaycana gələcək

Tarix:

24-05-2021, 11:01

/ 3 138 dəfə oxundu.
Cavad Zərif Azərbaycana gələcək

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Azərbaycan və Ermənistana səfər edəcək.

GünAz.az  bildirir ki, Iran İslam Respublikası xarici işlər naziri Dr. Məhəmməd Cavad Zərif İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək və Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ