SON DƏQİQƏ
» » “Kərki Azərbaycana qaytarılsa, Zəngəzur, Qarabağ müdafiəsiz qalacaq” - Edqar Kazaryan

“Kərki Azərbaycana qaytarılsa, Zəngəzur, Qarabağ müdafiəsiz qalacaq” - Edqar Kazaryan

Tarix:

22-05-2021, 13:43

/ 2 795 dəfə oxundu.
“Kərki Azərbaycana qaytarılsa, Zəngəzur, Qarabağ müdafiəsiz qalacaq” - Edqar Kazaryan

Nikol Paşinyanın qarşı tərəflə apardığı gizli danışıqlar nəticəsində Naxçıvana aid olan Kərki kəndinin (ermənilər adını Tiqranaşen qoyub) qaytarılma riski var.

GünAz.az xəbər verir ki, bu fikirləri Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan bu gün "Facebook”da canlı yayımda bildirib.

 

"Bu kənddən Vayots Dzor, Sünik, Meğri, İrəvan və Qarabağa gedən yol var. Paşinyan vətənini düşmənə təslim etmək planının bir hissəsi olaraq  800 hektar ərazini vermək qərarına gəlsə, bu dövlətlərarası yol boyunca gedə bilməyəcəyik və ya giriş üçün Azərbaycandan viza alacağıq. Böyük ehtimalla viza Azərbaycanın İrəvandakı səfirliyində veriləcək” deyə o, qeyd edib.

Edqar Kazaryanın fikrincə, Kərkinin Azərbaycana verilməsi Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq. 

"Tətilə Jermuka getməli olan insanlar rusların icazəsi ilə Rusiya bayrağı altında keçməlidirlər. Aydındır ki, heç bir Azərbaycan hərbçisi burada hərbi texnikaya icazə verməyəcək, yəni bütün Vayots Dzor, Sünik və Qarabağ müdafiəsiz, silahsız qalacaq. Fəlakətdən çəkinməyin yalnız bir yolu var: bu satqın komandanı hakimiyyətdən uzaqlaşdırmaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ