SON DƏQİQƏ
» » Qarabağa gedən jurnalistlərimiz - Adlar açıqlandı

Qarabağa gedən jurnalistlərimiz - Adlar açıqlandı

Tarix:

23-11-2019, 22:13

/ 1 239 dəfə oxundu.
Qarabağa gedən jurnalistlərimiz - Adlar açıqlandı

Noyabrın 17-dən 21-dək Ermənistan jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin Ermənistan (həm də Dağlıq Qarabağa) qarşılıqlı səfərləri baş tutub.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib.

Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə - Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.

Ermənistandan Bakıya Şant TV-nin icmalçısı Artyom Yerekyan, Mediamaks İA-nın baş redaktoru David Alaverdiyan və separatçı rejimin “itv”-sinin əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana "Trend" Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ