SON DƏQİQƏ
» » İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər SAXLANILDI

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər SAXLANILDI

Tarix:

13-05-2021, 12:02

/ 3 407 dəfə oxundu.
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər SAXLANILDI

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan GünAz.az-a verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə "UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib.

 

Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ