SON DƏQİQƏ
» » İşğaldan azad olunmuş ərazidə 9 nəfər YAXALANDI

İşğaldan azad olunmuş ərazidə 9 nəfər YAXALANDI

Tarix:

12-05-2021, 10:09

/ 2 572 dəfə oxundu.
İşğaldan azad olunmuş ərazidə 9 nəfər YAXALANDI

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan GunAz.az-a verilən məlumata görə, mayın 11-də Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ