SON DƏQİQƏ
» » Putin Lavrov İrəvanda olarkən Ərdoğana, Bakıya gələrkən Əliyevə niyə zəng edib? – GİZLİ MƏQAMLAR

Putin Lavrov İrəvanda olarkən Ərdoğana, Bakıya gələrkən Əliyevə niyə zəng edib? – GİZLİ MƏQAMLAR

Tarix:

11-05-2021, 11:07

/ 4 095 dəfə oxundu.
Putin Lavrov İrəvanda olarkən Ərdoğana, Bakıya gələrkən Əliyevə niyə zəng edib? – GİZLİ MƏQAMLAR

"Əliyev Bakıda Lavrovu qəbul etdi. Putinin Lavrov İrəvanda olarkən Ərdoğana, Bakıya gəldiyi gün isə İlham Əliyevə zəng etməsi rusların yeni istəklərinin olduğu ehtimalını önə çıxarır”.

Bu barədəGünAz.az-a açıqlamasında araşdırmaçı jurnalist Asif Nərimanlı fikir səsləndirib. O bildirib ki, Baydenin "soyqırımı” ifadəsi ilə Ermənistana "qapıları açması”, ardınca Blinkenin Əliyevə zəngi Amerikanın regiona qayıtmaq istəyindən xəbər verir və Moskvanı narahat edən əsas amil də budur. Lavrovun regiona səfərinə bu kontekstdə baxa bilərik: "Rusiya İrəvan və Bakıda "saatları yenidən dəqiqləşdirir”, regiondakı razılaşmaların icrasına sadiqliyi yerində yoxlayır. Lavrovun İrəvanda Zəngəzur dəhlizi və İrəvanın "hərbi əsir” dediyi diversantlarla bağlı Ermənistana yaxın mövqedən çıxış etməsi, ABŞ-ın biolaboratoriyalarına rus mütəxəssislərin daxil olmasına icazə verəcək memorandumu imzalayan Paşinyan hakimiyyətinə jesti idi”.

 

Jurnalistin fikrincə Bakıda balanslaşdırılmış mövqe görəcəyik: "Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarına sadiqliyi istəyirsə, bunun üçün ilk növbədə rəsmi Bakının erməni qoşunlarının çıxarılması tələbini nəzərə almalıdır. Moskvanı narahat edən, 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsindən sonra Qarabağdakı əsas kartlarından birini itirməsidir.

1. Rusiya erməni qoşunların çıxarılmasından sonra Qarabağdakı maraqlarının təhlükə altına düşməyəcəyinin zəmanətini almaq istəyir, xüsusilə Bakı və Ankaranın rus sülhməramlılarının 5 ildən tez bölgədən çıxması istəkləri fonunda;

2. Xankəndidəki separatçıların taleyinin necə olacağını müəyyənləşdirmək istəyir;

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ