SON DƏQİQƏ
» » “Biz yenə də onları məğlub edəcəyik” - Əliyevdən dünyaya “Dəmir Yumruq” kimi mesajlar

“Biz yenə də onları məğlub edəcəyik” - Əliyevdən dünyaya “Dəmir Yumruq” kimi mesajlar

Tarix:

11-05-2021, 10:56

/ 4 172 dəfə oxundu.
“Biz yenə də onları məğlub edəcəyik” - Əliyevdən dünyaya “Dəmir Yumruq” kimi mesajlar

"Azərbaycan prezidenti İlham Əliyevin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı Dövlət Televiziyasına müsahibələri təsadüfi deyil”.

Bu fikirləri GünAz.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, İlham Əliyev bu müsahibələr vasitəsilə müxtəlif dövlətlərə mesajlar göndərməyi lazım bilir: "Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi. İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: "Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”. İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunması ilə bağlı açıqlamalar verirlər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?. İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabrda qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki, bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: "Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”

 

Politoloq əlavə edib ki, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi: "Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O İrəvana getdi, Bakıya gəlmədi. Bundan başqa Azərbaycan prezidenti və birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Parisə səfər edib. Qarşılıqlı səfərlərdə məqsəd ikitərəfli əməkdaşlığı genişləndirmək idi. Başqa sözlə Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki pozulub. Digər bir məqam isə İlham Əliyevin Ermənistana mesaj yollaması idi: "Əgər Ermənistan Azərbaycana qarşı təxribata əl atarsa, onları heç kim müdafiə edə bilməyəcək. Biz yenə də onları məğlub edəcəyik”. İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bir daha təkrarladı. Bu, İlham Əliyevin həmsədr dövlətlərə – ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini Naxçıvandan elan etmiş oldu. İlham Əliyev Zəngəzur üzərindən dəmiryolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Zəngilanı Naxçıvanla birləşdirəcək. Dəmiryolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmiryolunun Rusiyaya məxsusluğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ