SON DƏQİQƏ
» » Lavrovun Bakıya gəldiyi gün İlham Əliyevin verdiyi 4 MESAJ

Lavrovun Bakıya gəldiyi gün İlham Əliyevin verdiyi 4 MESAJ

Tarix:

11-05-2021, 10:05

/ 3 759 dəfə oxundu.
Lavrovun Bakıya gəldiyi gün İlham Əliyevin verdiyi 4 MESAJ

İlham Əliyevin AzTV-yə müsahibəsində açıq mesajlar var.

GünAz.az Prezidentin açıq mesajlarını təqdim edir:

 

Birincisi: "Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” dedi.

Bunun münaqişənin bitmədiyini iddia edənlərə ünvanlanığı məlumdur, lakin Lavrovun Bakıya gəldiyi gün bəyan edilməsi xüsusilə diqqət çəkir. Bu o deməkdir ki, Lavrov özü ilə "Dağlıq Qarabağ”a aid nələrsə gətirəcəksə, yaxud Xankəndidə qalan separatçı-terrorçuların sonrakı taleyini müəyyənləşdirmək istəyəcəksə, Bakı əvvəlki mövqeyindən geri çəkilməyəcək.

İkincisi: "Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”.

Bu, Makronla telefon söhbətində "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Minsk qrupu çərçivəsində yeni təşəbbüslər hazırlamaqla” bağlı razılığa gələn Putinə ünvanlanıb. Bakı Moskvadan imza atdığı bəyanata uyğun davranmağını istəyir.

Üçüncüsü: Prezident Fransaya və onun timsalında bölgəyə müdaxilə etmək istəyən ölkələrə açıq şəkildə yerini göstərdi. "Status” məsələsi ilə bağlı Azərbaycanın qəti mövqeyini növbəti dəfə bəyan etdi.

Dördüncüsü: "Şuşa və Hadrutu qaytarmaq istəyən” Ermənistana "odla oynayırsınız” xəbərdarlığını etdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ