SON DƏQİQƏ
» » Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Tarix:

29-04-2021, 13:40

/ 3 718 dəfə oxundu.
Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.

GünAz.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında "Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.

 

O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:

"Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ