SON DƏQİQƏ

Arif Quliyev ECMO cihazına qoşuldu

Tarix:

28-04-2021, 20:16

/ 3 555 dəfə oxundu.
Arif Quliyev ECMO cihazına qoşuldu

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

GünAz.az xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

 

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika”nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

скачать dle 12.1

Şərhlər