
Bakıda mart ayında təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb.
GunAz.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə mart ayında təkrar mənzil bazarında qiymətlərin 2,4 faiz ucuzlaşdığını deyib. Ötən ay ilkin mənzil bazarında orta qiymət 1668 manat/kv.m təşkil edib.
İlkin mənzil bazarında isə bahalaşma qeydə alınıb. Belə ki, mart ayında bu bazarda qiymətlər 3,11 faiz bahalaşıb, orta qiymət isə 1394 manat/kv.m təşkil edib.