SON DƏQİQƏ
» » Eldar Quliyevin dəfn mərasimi niyə gecikir? - RƏSMİ

Eldar Quliyevin dəfn mərasimi niyə gecikir? - RƏSMİ

Tarix:

17-04-2021, 11:17

/ 1 322 dəfə oxundu.
Eldar Quliyevin dəfn mərasimi niyə gecikir? - RƏSMİ

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin sabah dəfn olunacağı deyilir.

Bu barədə GünAz.az-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin dəfn olunması üçün övladlarının xarici ölkədən gəlməsi gözlənilir:

 

"Qızlarından biri bu gün gecə saatlarında, digəri isə səhər saatlarında ölkəyə çatacaq. Bizdə olan məlumata görə, onlar gəldikdən sonra mərhumun dəfni üçün dəqiq saatı demək mümkün olacaq”.

Xatırladaq ki, E.Quliyev ötən gün 80 yaşında vəfat edib. O, özünün vəsiyyəti ilə Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ