SON DƏQİQƏ

Xalq artisti dəfn olundu

Tarix:

3-07-2017, 17:57

/ 3 709 dəfə oxundu.
Xalq artisti dəfn olundu

Xalq artisti Xumar Zülfüqarova "Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Bu barədə Teleqraf.com-a açıqlamasında mərhumun nəvəsi Eldar Zülfüqarov məlumat verib.

O, qeyd edib ki, vida mərasimində xalq artistinin Xoreoqrafiya məktəbindən olan dostları, məktəbin tələbə və müəllim heyəti iştirak edib. Sənətkarı son mənzilə yola salmağa Məryəm Süleymanova, Təranə Muradova kimi tanınmış tələbələri də gəliblər.

Eldar Zülfüqarov deyib ki, dəfnin təşkilinə Mədəniyyət və Turizm Nazirliyinin də köməyi dəyib: "Biz dəfn üçün yer axtarırdıq. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri dəfn və vida mərasimini öz öhdələrinə götürdülər, ona yer ayırdıqlarını bildirdilər”.

Mərhumun 3 mərasimi sabah Teymur Əliyev küçəsində yerləşən 9 mərtəbəli binanın arxa həyətində baş tutacaq.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ