SON DƏQİQƏ
» » Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub

Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub

Tarix:

24-04-2017, 15:48

/ 2 119 dəfə oxundu.
Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub

Təzəpir məscidində xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və turizm baş idarəsinin müdiri Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub
Fərhad Bədəlbəyli Ramiz Zöbrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu deyib. Qeyd edib ki, R. Zöhrabov bəstəkar və musiqi tədqiqatçısı kimi onlarla əsərin, dərsliyin, monoqrafiyanın müəllifidir.
Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov R. Zöhrabovun həyat və yaradıcılığından, musiqişünas kimi xidmətlərindən, pedaqoji fəaliyyətindən danışıb.
Vida mərasimi başa çatandan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.
"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

скачать dle 12.1

Şərhlər