SON DƏQİQƏ

Xalq artistinin 70 illiyi qeyd olunacaq

Tarix:

15-04-2017, 18:51

/ 4 198 dəfə oxundu.
Xalq artistinin 70 illiyi qeyd olunacaq

Mayın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış tarzən, xalq artisti, "Şöhrət” ordenli Ramiz Quliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş "Səslən tarım” adlı tədbir keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Konsertdə yubilyarın özü ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ