SON DƏQİQƏ
» » Koronavirusdan sağalanlar oruc tuta bilərmi? - VİDEO

Koronavirusdan sağalanlar oruc tuta bilərmi? - VİDEO

Tarix:

12-04-2021, 15:30

/ 3 666 dəfə oxundu.
Koronavirusdan sağalanlar oruc tuta bilərmi? - VİDEO

Bir ildən çoxdur bütün dünya COVID-19-la mübarizə aparır.

Mütəxəssislərin fikrincə, virusdan sağalan insanlarda xəstəliyin əlamətləri bir neçə ay davam edə bilər.

Qarşıdan Ramazan ayının gəldiyini nəzərə alsaq, belə bir fikir ortaya çıxır: Koronavirusa yoluxan şəxs oruc tuta bilərmi?

 

Professor Adil Qeybulla Baku TV-yə bildirib ki, koronavirus infeksiyasından sağalandan sonra post-COVID sindromunun əlamətləri özünü göstərir:

"Koronavirus xəstəliyi keçirən insanların oruc tutması məqsədəuyğun sayılmır”.

İlahiyyatçılar da koronavirusdan sağalan şəxslərin reabilitasiya dövründə oruc tutmasını məsləhət görmür.

İlahiyyatçı Hacı Şahin bildirib ki, ümumiyyətlə xəstələrin oruc tutması düzgün deyil: 

"Koronavirusdan sağalan, lakin əlamətləri olan şəxslər də oruc tutmaya bilər. Reabilitasiya dövründən sonra oruca davam edə bilərlər”.

Ətraflı süjeti təqdim edirik:


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ