SON DƏQİQƏ

Türkiyədə Ramazan bayramı təxirə salınır?

Tarix:

14-04-2020, 13:42

/ 2 207 dəfə oxundu.
Türkiyədə Ramazan bayramı təxirə salınır?

Türkiyədə yeni tip koronavirus səbəbi ilə Ramazan bayramı təxirə salınmayacaq.
Bu barədə Türkiyənin Diyanət İşləri Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilir ki, Ramazan ayında hər sağlam möminin oruc tutması Allah tərəfindən əmr edilib:
"Bu ibadəti tamamilə təxirə salmaq mümkün deyil. Mütəxəssislərin məlumatına görə, sağlam şəxslərin oruc tutması virusun yayılması üçün xüsusi bir risk yaratmır. Bundan əlavə, oruc tutmağın immunitet sisteminə mənfi təsir göstərdiyinə dair tibbi sübutlar yoxdur. Əksinə orucun immunitet sisteminə müsbət təsirləri barədə araşdırmalar var”.
Nazirlik pandemiya dövründə kimlərə oruc tutmağa icazə verilməyəcəyi məsələsinə də aydınlıq gətirib:
"Koronavirus diaqnozu qoyularaq həkimi tərəfindən oruc tutması təhlükəli hesab edilənlər və oruc tutduğu təqdirdə xəstəliyi daha ağır keçirəcəyi barədə xəbərdarlıq olunanlara oruc tutmaq qadağandır. Eyni zamanda, həm səhhəti ilə bağlı, həm də göstərdiyi tibbi xidmətlərin ləngiməsindən narahat olan səhiyyə işçiləri də oruc tutmaya bilər”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ