SON DƏQİQƏ
» » ADPU-nun şəhid məzunu Ceyhun Nüsrətli doğum günündə anılıb

ADPU-nun şəhid məzunu Ceyhun Nüsrətli doğum günündə anılıb

Tarix:

9-04-2021, 19:29

/ 3 025 dəfə oxundu.
ADPU-nun şəhid məzunu Ceyhun Nüsrətli doğum günündə anılıb

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndələri universitetin Vətən müharibəsində şəhid olan məzunlarından Ceyhun Aqil oğlu Nüsrətlinin doğum günü münasibəti ilə məzarını ziyarət ediblər.

Universitetin Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova və Ceyhunun 2016-cı ildə məzun olduğu Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva şəhidin dəfn olunduğu Beyləqan rayonunda rayon icra hakimiyyətinin nümayəndələri, Ceyhunun təhsil aldığı məktəbin müəllimləri və tələbə yoldaşları ilə birgə şəhidin məzarını ziyarət edərək məzarı önünə ADPU rəhbərliyi adından əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Dos. E. Mehbalıyeva, müəllimləri və tələbə yoldaşları Ceyhunun igidliyindən, təhsil aldığı müddətdə ictimai aktivliyindən söz açıblar.

Qeyd edək ki, şəhid C. Nüsrətli 1995-ci ilin aprel ayının 8-də Bakı şəhərində anadan olub. Əslən Füzulidən olan Ceyhunun ailəsi Füzuli işğal olunanda bir müddət Beyləqanda məskunlaşıb. Ceyhun 2012-2016-cı illərdə ADPU-nun Kimya müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb və 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlananda Ceyhun da Ağdərə istiqamətində şiddətli döyüşlərə qatılıb. Sentyabrın 29-da ağır döyüşlərdə aldığı mərmi zərbələrindən şəhid olmuşdur. Göstərdiyi şücaətlərə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ADPU-nun Mətbuat katibi Cavid Hüseynov

ADPU-nun şəhid məzunu Ceyhun Nüsrətli doğum günündə anılıb

 

ADPU-nun şəhid məzunu Ceyhun Nüsrətli doğum günündə anılıb

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ