SON DƏQİQƏ

Dəniz gözlü şəhidimizin 23-cü doğum günü

Tarix:

23-12-2019, 08:16

/ 1 737 dəfə oxundu.
Dəniz gözlü şəhidimizin 23-cü doğum günü

 

 Dəniz gözlü aprel şəhidi Nurəddin Mirzəyevin 23-cü doğum günü qeyd edilib .

Bu gözəl gün münasibətilə Azərbaycanın müxtəlif guşələrindən şəhid ailələri,şəhidin komandirləri,hazırda hərbi qulluqçu kimi xidmət edən qardaşı Nəcməddin Mirzəzadənin komandiri və xidmət yoldaşları , Yardımlı rayon icra hakimiyyətinin nümayəndələri və digər dövlət idarə nümayəndələri, o cümlədən şəhidin öz kəndinin camaatı Eytimat atanın ocağını ziyarət ediblər.

Şəhidin məzarı ziyarət edilib , üzərinə əklil və güllər qoyulub , ruhuna dualar oxunub. Daha sonra evdə çay süfrəsi arxasında hər kəs Nurəddin haqqında xatirələrini bölüşüb.

Qardaşı Nəcməddin Mirzəzadənin komandiri Nurəddin və onun kimi bütün şəhidlərimizin bizə örnək olduğunu , istər hərbçi istərsə də mülki vətəndaşlar olaraq hər bir Azərbaycan vətəndaşının onların yolunu getməyə hazır olduğuna inandığını deyib. O , həmçinin Nəcməddinin də nümunəvi hərbi qulluqçu olduğunu,komandirlərin əmr və tapşırıqlarını sözsüz və əskiksiz yerinə yetirdiyini qeyd edib və belə vətənpərvər övladlar böyütdüyü üçün Eytimat ataya və Fəxriyyə anaya təşəkkürünü bildirib.

Həmçinin N saylı hərbi hissədən şəhid əsgərinin doğum günündə onun valideyinlərinin yanında olmağı özünə borc bilən Nurəddinin komandiri onun haqqındakı xatirələrini bölüşüb.

Bütün bunlarla yanaşı gələcəyimiz olan məktəblilər də şəhid qardaşlarını unutmayıb. Şəhidin təhsil aldığı Yardımlı rayon Honuba kənd tam orta məktəbinin müəllim və şagird kollektivi bu gün münasibətilə tədbir təşkil ediblər. Çıxış edən müəllim və şagirdlər Nurəddinin şagird olduğu dövründən xatirələrini ,Vətən uğrunda göstərdiyi qəhrəmanlığını anıb,onun xatirəsinə şeirlər səsləndiriblər. Sonda şəhidin məzarını ziyarət edib,ruhuna dualar oxuyublar. Həmçinin məktəbdə keçirilən tədbirə şəhidin ailə üzvləri və yaxın qohumları da dəvət edilib.

Qeyd: Şəhid Nurəddin Eytimat oğlu Mirzəyev.20 dekabr 1996 - cı ildə Yardımlı rayon Honuba kəndində anadan olub . 2015 - ci ilin yanvar ayı hərbi xidmətə çağırılan Nurəddin snayper kimi xidmət edib. 2016 - cı il aprelin 2 - dən 3 - ə keçən gecə Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Aprelin 4-ü doğulduğu Yardımlı rayon Honuba kəndində uğrunda can verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunub.

Honuba , Vəzir MİRZƏYEV

 

 

 

 

Dəniz gözlü şəhidimizin 23-cü doğum günü

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ